Polis mayoru intihardan əvvəl “whatsapp”-da status paylaşıb - FOTO

Polis mayoru intihardan əvvəl “whatsapp”-da status paylaşıb - FOTO

1 May 2017 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyevin sabiq polis əməkdaşı olub. O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.

H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.

Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl "whatsapp"-da status paylaşıb. (DİN)

Aqil M.