
Girovların azad edilməsi əməliyyatında 10-dan çox girov öldü
Bağdadın qərbində yerləşən hökumət kompleksində terrorçular onlarla adamı üç saata yaxın girov saxlayıblar. Ərəb telekanallarının məlumatına görə, yeddi nəfərdən ibarət silahlı qrup polisin mənzil-qərargahı və Əl-Bağdadi şəhər administrasiyasının binasına hücum ediblər. Yüksək rütbəli məmurlar və zabitlər girov götürülüblər. İraq ordusu girovların azad edilməsi üçün əməliyyat keçirib və beş terrorçu yerindəcə güllələnib. Hücum zamanı 10-dan çox girov, o cümlədən, yerli polisin rəisi həlak olub.
Qaş düzəltmək istədilər, vurub göz çıxardılar.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər