
Kürdəmirdə ağır yol qəzası baş verib
Ötən gün axşam saatlarında Bakı-Qazax yolunun yolun 209-cu kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ağır yol qəzası baş verib. Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Baxşəliyev Azər Tahir oğlunun idarə etdiyi 10 SP 067 dövlət nişanlı, "VAZ 2107" markalı maşın qarşı tərəfdən gələn, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Bağırov İlqar Murad oğlunun idarə etdiyi, "Berkel" MMC-yə məxsus 90 AL 924 dövlət nömrə nişanlı, "VAZ 21214" (NİVA) maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü ölüb, digər sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər