İtaliya Liviyadakı hərbi əməliyyatlara qatılmayacaq

İtaliya Liviyadakı hərbi əməliyyatlara qatılmayacaq

15 Aprel 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

İtar-tass informasiya agentliyinin verdiyi məlumata görə, Liviyada hərbi əməliyyatlara kömək edən İtaliya bundan imtina edib.


Xatırladaq ki, Berlində NATO sammiti davam edir. Sammit çərçivəsində gedən görüşlərdə İtaliya rəsmiləri açıqlama verib.


İngiltərə və Fransanın Liviyada hava hücumlarına dəstək istədiyi bir vaxtda italyanlar hava hücumlarında iştirak etməkdən boyun qaçırıb.


İtaliya müdafiə naziri İqnazio La Russo əməliyyatlarda iştirak edən 8 təyyarə və hava limanının da hücumlara qatılmayacağı barədə açıqlama verib.

Liviya üsyançılarının gücləndiyini görən Qərb dövlətləri balansı pozmamaq üçün növbəti dəfə manevr edirlər. Onların məqsədi heç bir tərəfin üstünlüyə malik olmamağını təmin etməklə vətəndaş müharibəsini dərinləşdirməkdir.

Elvin Babayev

O.M.