İran ermənilərə meydan verdi - TƏCİLİ

İran ermənilərə meydan verdi - TƏCİLİ

24 Aprel 2017 19:06
Bəyəndim (0) Bəyənmədim (0)
ASALA Türkiyə səfirliyi qarşısına toplaşır

Bu dəqiqələrdə əldə edilən məlumata görə, Tehranda ASALA və Daşnaksütyun qruplaşmasının tərəfdarları uydurma 24 aprel soyqırımı bəhanəsi ilə Türkiyə səfirliyi qarşısına toplaşmaqdadır.

Avropa.info Gunaz.tv-yə istinadən xəbər verir ki, Azərbaycanlıların bütün etirazına baxmayaraq, belə bir aksiya keçirilərsə, bu milyonlarla Azərbaycan türkünə qarşı təhqir hesab olunacaq və şübhəsiz ki, növbəti etirazlara səbəb olacaq. Ən azı ona görə ki, güney azərbaycanlılar erməni canilərinin ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri cinayətlərini hələ yaxşı xatırlayırlar. Bundan öncə Azərbaycan Milli Hərəkat fəalları radikal ermənilərin Tehranda keçirmək istədikləri etiraz aksiyası ilə bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etmişdilər.

Mediainfo.az