Ölkədə "Çıt-Çıt" suxarılarının istehsalına qadağa qoyulub

Ölkədə "Çıt-Çıt" suxarılarının istehsalına qadağa qoyulub

3 Oktyabr 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, M.Nərimanov küçəsi 4 ünvanında yerləşən "İsmayıloğlu-2009" MMC-də istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı dövlət nəzarəti aparılıb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan suxarılar normativ sənədi olmadan və resepturasız istehsal olunub. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisədə saxlanılan qablaşdırılmış 5000 ədəd "Çıt-Çıt" nişanlı suxarının istehsalına və satışına idarə tərəfindən qadağa qoyulub. Bundan başqa, dövlət nəzarəti nəticəsində müəyyən olunmuş uyğunluq sertifikatı olmadan istehsal edilən 60 kq miqdarında nabat şəkilli karamelin satışına da qadağa qoyulub. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən normativ sənədsiz və sertifikatsız məhsul istehsalına görə müəssisəyə cərimə tətbiq edilib.

Günel Həbib

O.M.