Külli miqdarda qanunsuz siqaret aşkar olunub

Külli miqdarda qanunsuz siqaret aşkar olunub

24 Aprel 2017 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az