
Sabah ölkə ərazisində hava nisbətən yağmurlu keçəcək
Sabah Azərbaycan ərazisində hava nisbətən yağmurlu keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Çalışın, sağlam qalın.
Günel Həbib
O.M.