Sankt-Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib

Sankt-Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib

20 Aprel 2017 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.

Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

Mediainfo.az