Amerikalı politoloq BDU-da mühazirə deyəcək

Amerikalı politoloq BDU-da mühazirə deyəcək

15 Aprel 2011 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır.

Qeyd edək ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.

Səfir, "Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir", - deyə məsələyə aydınlıq gətirdi.

"Demokratiyanın vətəni" olan ABŞ öz "zəngin" dəyərlərini bir ölkəyə silahla yeridir, digərinə pulla, bir başqasına isə təbliğatla. Bu, bəzi hallarda xaç yürüşünə, indiki halda isə missioner fəaliyyətinə oxşayır...

Elvin Babayev

O.M.