Güclü külək Ucarda fasadlar törədib

Güclü külək Ucarda fasadlar törədib

19 Aprel 2017 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü külək Ucar rayonunda fasadlar törədib. Apa -nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından əsməyə başlayan külək bu saatlara kimi davam edir. Küləkli hava əsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından etibarən Ucar şəhəri də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsində enerjinin verilişində fasilələr yaranıb. "Azərişıq" ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, enerji təminatında yaranan fasilələr naqillərdə baş verən problemlə əlaqədardır. Artıq problem yaranan ərazilərdə təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

Mediainfo.az