Biz sülhün tərəfdarıyıq

Biz sülhün tərəfdarıyıq

15 Aprel 2011 15:47
Bəyəndim (0) Bəyənmədim (0)
Pakistan prezidenti jurnalistlərə açıqlama verib

Türkiyə səfərini tamamlayaraq Pakistana qayıdan prezident Asif Əli Zərdari Yaxın Şərq ölkələrində baş verən hadisələrə münasibət bildirib.

O, müxalifətə, " Ehtiyatlı olun. İşlətdiyiniz silah bir gün sizin özünüzü vuracaqdır", - deyib.

Jurnalistlərin sualına cavab verərkən terrorizmi pisləyən prezident, "Biz Pakistanda Pərviz Müşərrəf kimi bir diktatoru hakimiyyətdən saldıq. Minlərlə insan öldü, amma biz silaha əl atmadıq", - dedi.

Bölgə xalqlarına, "silahla inqilab olmaz, o silahlar bir gün sizə tuşlanar", - deyə nitqinə davam edən prezident üsyançıları sakitləşməyə və sülh yoluna əl atmağa çağırıb.

Pak insan olmaq buna deyərlər. Pakistanlı olanda nə olar ki, adam gərək özünə rəva bilmədiyini başqasına da rəva görməsin.

Elvin Babayev

O.M.