Ermənistan ordusu Ağdamda hərbi təlim keçirir

Ermənistan ordusu Ağdamda hərbi təlim keçirir

13 Aprel 2017 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir.

APA-nın un xəbərinə görə, ermənilər bu gün saat 11: 00-dan etibarən Ağdamın Üzündərə adlanan ərazisində təlimlərə başlayıblar. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər.

Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

Mediainfo.az