Türkiyədə şiddətli partlayış olub, yaralılar var - FOTO

Türkiyədə şiddətli partlayış olub, yaralılar var - FOTO

11 Aprel 2017 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün yerli vaxtla saat 10.45 (Bakı vaxtı ilə saat 11.45) Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış olub.

apa-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış Diyarbəkirin Bağlar qəsəbəsində Əmək prospektində polis məktəbi yaxınlığında baş verib.

Təhlükəsizlik orqanlarındakı mənbə "Reuters" agentliyinə çoxlu sayda yaralının olduğunu bildirib. Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib.

Mediainfo.az