Salyanda üç “VAZ” markalı maşın toqquşdu

Salyanda üç “VAZ” markalı maşın toqquşdu

10 Aprel 2017 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında Salyan şəhərində "VAZ" markalı üç avtomaşının toqquşuması ilə müşayiət olunan yol qəzası baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısından keçən yolda baş verib. Belə ki, Neftçala rayon sakini Rahib Səmədovun idarə etdiyi 90 OH 702 dövlət nömrə nişanlı "VAZ-2109" markalı avtomaşın xəstəxanaya dönmək istəyərkən onu arxadan dövlət nömrə nişanı 90 LG 147 olan, Salyan şəhər sakini Elnur Nadirovun idarə etdiyi "VAZ-2017" markalı avtomaşın vurub.

Toqquşmadan sonra idarəetməni itirən "VAZ-2107" yolun kənarında dayanmış Sabirabad rayon sakini Əliqulu Məmişovun idarə etdiyi , içərisində ailə üzvlərinin olduğu "VAZ-2106"-ya çırpılıb.

Qəza nəticəsində xəsarət olan olmasa da, hər üç maşına ciddi ziyan dəyib.

Hadisənin "VAZ-2107"nin əyləc "kolotkaları" islandığından tormozunun tutmaması səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az