Prezident Astaraya gəlib

Prezident Astaraya gəlib

15 Aprel 2011 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənub bölgəsinə səfəri davam edir.

Səfər çərçivəsində prezident Astara - Bala Şahağac kəndinə çəkilən yolun açılışında iştirak edib.

Prezidentə məlumat verən rayon icra hakimi Mahir Quliyev əhalinin xahişinə əsasən yenidən təmir olunan yolun əhəmiyyətindən danışdı və əhalinin təşəkkürünü prezidentə çatdırdı.

Prezidentə bildirildi ki, müasir standartlara cavab verən yolun inşası və istifadəyə verilməsi nəticəsində əhalinin daha bir problemi həll olunub.

Sonda isə prezident yolun istifadəyə verilməsini bildirən lenti kəsib.

İlham Əliyev həmçinin Astara şəhərində inşa edilmiş Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib.

O.M.