İsrail alıcı axtarışında
İsrail müdafiə sənayesi alıcı axtarışına çıxıb. Belə ki, Türkiyə ilə münasibətlərin pozulması İsraili bu addımı atmağa vadar edib.
İsrail müdafiə şirkətləri, insansız hava təyyarələri "Heron"-ların alışına görə Türkiyə ilə müqavilə bağlayan Elbet şirkəti də daxil olmaqla, bu gün Rio de Janeyroda keçirilən müdafiə məhsulları sərgisinə qatılıb.
Qeyd edək ki, münasibətlərin pozulmasına qədər Türkiyə İsraildən silah alanların siyahısında ikinci yerdə dururdu.
Xatırladaq ki, İsrailin Qəzza bölgəsinə yardım aparan gəmiyə hücumundan sonra Türkiyə bu ölkədən silah almağı dayandırıb.
Pilotsuz təyyarə almaqdansa istehsal etmək məqsədəuyğundur. Bu dəfə türklər də yəhudilər kimi cəld tərpəndilər.
Elvin Babayev
O.M.
Digər xəbərlər