Rusiyada metroda baş vermiş terrorun birinci şübhəlisi polisə gəldi, ikinci... - FOTO

Rusiyada metroda baş vermiş terrorun birinci şübhəlisi polisə gəldi, ikinci... - FOTO

4 Aprel 2017 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq şəhərinin "Sennaya" və "Texnoloji institut" metro-stansiyalarında törədilmiş terror aktı ilə əlaqəli iki nəfərin fotoları yayılıb

İslamazeri.com Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərinin "Sennaya" və "Texnoloji institut" metro-stansiyalarında törədilmiş terror aktı ilə əlaqəli iki nəfərin fotoları yayılıb.

Məlumata görə, uzun saqqallı və cübbəsi olan ilk şübhəli özü polisə gələrək terrorçu olmadığını bildirib.

Xüsusi xidmət orqanlarının araşdırmaları zamanı terror aktını həyata keçirən şəxsin fotosu yayılıb. Məlumatda bildirilir ki, Orta Asiya ölkələrindən olan şəxs üzərindəki partlayıcını işə salaraq terror aktı törədib.

Qeyd edək ki, terror aktı zamanı 11 nəfər dünyasını dəyişib, 45 nəfər isə yaralanıb.