Kanaldan uşaq meyiti çıxarıldı - AĞCABƏDİDƏ
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu ərazisində, süni suvarma kanalında (ən yaxınlıqdakı məntəqədən 170 km aralıda, nəzarətsiz ərazidə) 2014-cü il təvəllüdlü, Quliyev Yasin Xəyyam oğlunun batması barədə məlumat daxil olub.
Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Quliyev Yasin Xəyyam oğlunun cəsədi batdığı yerdən 8 km aralıda çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat 22:45-də başa çatıb.
Mediainfo.az
Digər xəbərlər