Tramp Putinə başsağlığı verib  - TERRORA GÖRƏ

Tramp Putinə başsağlığı verib - TERRORA GÖRƏ

4 Aprel 2017 08:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

"ABŞ dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib. Dövlət başçıları qeyd ediblər ki, terrorizm bəladır və onunla yalnız birgə mübarizə aparmaq gərəkdir", deyə D.Peskov bildirib.

Onun sözlərinə görə, D.Tramp və V.Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər. (apa)

Mediainfo.az