Sankt-Peterburq metrosunda partlayış: 10 ölü

Sankt-Peterburq metrosunda partlayış: 10 ölü

3 Aprel 2017 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib.

TASS-ın verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.

Partlayışın "Texnoloji institut" stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir.



Mediainfo.az