Gününü müğənnilərlə keçirən icra başçısının "başı dərddə" - VİDEO

Gününü müğənnilərlə keçirən icra başçısının "başı dərddə" - VİDEO

3 Aprel 2017 12:56
Bəyəndim (0) Bəyənmədim (0)
Qəzaya saldığı şəxsin vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.

Başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub. Xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli "Tayota Land Cruiser" markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus "Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş.
H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar. Bu haqda Müsavat qəzeti məlumat yayıb.

Hadisə baş verəndən bir neçə dəqiqə sonra hadisə yerinə gələn Şəmkir yol polisi əməkdaşları icra başçısının maşınının nömrəsini söküblər və izi itirməyə çalışıblar. Hətta yol polisi həmin ərazidə yolu da bağlayıb ki, heç kimi hadisə yerinə buraxmayıb.

Daha bir məlumata görə isə, qəza nəticəsində yaralanan Həsən Hüseynovun şikayət etməməsi üçün icra başçısı ona yüksək kompensasiya verib.

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov daha çox şou adamlarına yaxınlığı ilə bilinir. Bir neçə gün öncə tanınmış şoumen Murad Arif icra başçısı ilə videosunu yaymışdı. Videoda icra başçısının səmimi rəqsi gözdən qaçmamışdır.

Mediaianfo.az