Macarıstan soyqırımı tanıyacaqmı?
Macarıstan parlamenti ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı kütləvi qətliam törətdiyini tanıyan bir qərarı gündəmə gətirib. Erməni PanArmenian saytının verdiyi məlumata görə, Macarıstanın müxalifətdəki Daha Yaxşı Macarıstan Hərəkatının təklifi ilə bu qərar yaxın günlərdə ölkə parlamentində səsverməyə çıxarılacaq. Sayt onu da qeyd edir ki, Macarıstan bu qərarı qəbul etsə, bu, iki ölkə arasındakı əlaqələrə mənfi təsir edəcək. Belə bir qərarın qəbulu İrəvanı indidən ayağa qaldırıb.
Ataların belə bir misalı var: "Elə bir söz de ki, qulağın eşidə bilsin." Ermənilər qulaqlarını tutub o qədər "soyqırım" qışqırdılar ki, indi qarşı tərəfdən bu kəlməni eşidəndə canlarına vəlvələ düşür...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər