AŞPA Ermənistanda keçiriləcək seçkiləri müşahidə edəcək

AŞPA Ermənistanda keçiriləcək seçkiləri müşahidə edəcək

29 Mart 2017 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

AŞPA-nın saytının yaydığı xəbərə görə, aprelin 2-də keçiriləcək seçkilərdə işveçrəli deputat Lilian Mori-Paskyenin başçılıq etdiyi 22 nəfərlik nümayəndə heyəti müşahidə aparacaq.

Heyətə ATƏT Parlament Asambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri də daxildir.

Seçkidən bir gün sonra - aprelin 3-də İrəvanda nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

Mediainfo.az