Gəncədə dəhşətli qəza

Gəncədə dəhşətli qəza

17 Mart 2017 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə ağır yol qəzası baş verib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Nizami Gəncəvi prospektində "Kia" və "VAZ 2109" markalı avtomobilin toqquşması nəticəsində Samux rayon sakini, 1987-ci il təvəllüdlü Tural Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Lətif Heydərov və Şəmkir rayon sakini, Veyisli Kənan Azad oğlu müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, ölən şəxs avtomobillərdən biri ilə vurulub. Həmin avtomobil sonra başqa maşınla toqquşub.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az