Maştağa sakinindan avtomat götürüldü

Maştağa sakinindan avtomat götürüldü

24 Fevral 2017 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşadığı evdə odlu-silah-sursat gizlədən Maştağa qəsəbə sakinini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb.

Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mediainfo.az