Üsyançılara qarşı plan hazırlanıb

Üsyançılara qarşı plan hazırlanıb

15 Aprel 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın MSNBC saytının yaydığı məlumata görə, Suriya dövləti mitinq iştirakçılarına qarşı plan hazırlayıb.

Altı səhifəlik plan Suriyanın təhlükəsizlik orqanları tərəfindən və Bəşər Əsədin imzası ilə tərtib olunub. Sənədin ABŞ rəsmiləri tərəfindən yoxlanıldığı və həqiqətlərə uyğun olduğu açıqlanıb.

Sənəddə Bəşər Əsəd əleyhinə başlayan üsyanı yatırmaq üçün lazım olan tədbirlər göstərilib.

Burada Bəşər Əsədə qarşı qara piyar iştirakçılarına rəhm edilməməli, bu üsyanları televiziya ekranında yayımlayan bütün media quruluşları bağlanılmalı, bütün ajeatajın ABŞ tərəfindən hazırlanması barədə açıqlamalar edilməsi göstərilib.

Planın ən dəhşətli hissəsi isə mitinqlərdə bir gündə 20 nəfərin ölümünə icazə verilməsi olub.

Ağacın kökünə qurd düşdüsə, ona heç nə ilə kömək etmək olmaz. Gərək qurdun yaranmasına səbəb olan bakterioloji vəziyyət aradan qaldırılsın.

Elvin Babayev

O.M.