Nigeriya dəniz quldurları 7 Rusiya vətəndaşını əsir götürdülər

Nigeriya dəniz quldurları 7 Rusiya vətəndaşını əsir götürdülər

10 Fevral 2017 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyanın dəniz sularında Rusiya ilə münasibətləri gərginləşdirən hadisə qeydə alınıb

Nigeriya sahillərində dəniz quldurları tərəfindən Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisinə hücum ediblər. Hücum nəticəsində 7 nəfər Rusiya vətəndaşı əsir götürülüb. Bu barədə Rusiya xarici işlər nazirliyi məlumat verib.

Moskva və Kiyevdə fəaliyyət göstərən rus diplomatları Antiqua və Barbuda bayrağı altında üzən gəmiyə dəniz quldurları tərəfindən hücum edildiyini açıqlayıblar.

Nigeriya hökuməti gəminin axtarışlarına başlayıb. Rusiyalı diplomatlar Nigeriya rəsmiləri ilə əlaqə yaradıblar.

Mediainfo.az