
DİN-in “Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir
Balakən rayonunun Gərəkli kəndinin meşə zolağında, kənd sakini Mayıl Dibirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 553 kiloqram olan 136 ədəd çətənə kolu aşkar edilərək götürülüb. M.Dibirovun evinə baxış zamanı isə oradan 172,44 qram marixuana aşkar edilib
Quba rayon ərazisindən 1 ədəd "AK-74" silahı, 1 ədəd ov tüfəngi, 1 ədəd "Tula" markalı ov tüfəngi, 2 ədəd qumbara, 2 ədəd alışdırıcı, 1 ədəd gecə görmə cihazı, 327 ədəd müxtəlif çaplı patronlar tapılıb.
Qəbələ rayon sakini Rövşən Ağayev müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini və 700 ədəd avtomat patronunu könüllü olaraq təhvil verib.
"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.
Cinayətdən uzaq olun ki, qanuna yaxın olasınız.
Tofiq Əliyev
O.M.