Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının baş həkimi həbs edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının iki əməkdaşı həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının baş həkimi Rəhim Məmmədov və onun müavini Əli Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Adıçəkilən şəxslərin əlillik dərəcələrinin təyin edilməsində ciddi qanun pozuntularına yol verdiyi bildirilir.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər