Gəncədə korrupsiya faktı ilə əlaqədar saxlanılan var
Gəncədə yerləşən 1 saylı Regional Nəqliyyat Departamentinin rəisi Şəmistan Nağıyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Şəmistan Nağıyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyatda Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları da iştirak edib. Şəmistan Nağıyevin korrupsiya faktı ilə əlaqədar saxlandığı bildirilir. Gəncə şəhər Baş Polis İdarəsi faktı təsdiqləsə də, Şəmistan Nağıyevin həbsi ilə əlaqədar əlavə məlumat verilməyib.
Qeyd edək ki, Şəmistan Nağıyev 5 ildir ki, 1saylı Regional Nəqliyyat Departamentinin rəisi vəzifəsində çalışır.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər