
"AzEuroTel" MMC-nin inzibati binasında partlayıcı qurğu həyəcanı
Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Səbail rayonunda yerləşən "AzEuroTel" MMC-nin inzibati binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməyiblər.
Faciəni gözləmək faciədən daha da qorxuludur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər