İlham Əliyevin nəvəsi Kukla Teatrında

İlham Əliyevin nəvəsi Kukla Teatrında

9 Yanvar 2017 11:47
Bəyəndim (0) Bəyənmədim (0)
Aydın Qurbanov nənəsi ilə bərabər "Qış nağılı"nı seyr etdi

Yeni ilə artıq 10 günə yaxındır ki, qədəm basmışıq. Buna baxmayaraq, şəhərimizdə hələ də bayram abu-havası sezilir. Xüsusilə də kino-teatrlarda nəzərdə tutulmuş bayram seansları davam etməkdədir. Azərbaycan Dövlət Kukla Teatrı da digərlərindən geri qalmır. Belə ki, "Qış nağılı" adlı kukla teatrına təşruf buyuranların ardı-arası kəsilmir.

Uşaqlar arasında prezident İlham Əliyevin nəvəsi Aydın Qurbanov da olub. O, ata nənəsi İrina Pomelova ilə tamaşaya baxmağa gəlib. Onu da əlavə edək ki, beş yaşlı Aydın Nərgiz Paşayevanın nəvəsi ilə yanaşı oturub.

Rusdilli olmalarına baxmayaraq, İrina xanımla balaca Aydın Azərbaycan dilində nümayiş olunan "Qış nağılı" tamaşasını çox maraqla izləyiblər. Onlar aktyorların məharətli oyunlarını alqışlarla qarşılayıblar.

Tamaşanın sonunda isə aktyorlara və Şaxta Baba ilə Qar qıza gül dəstəsi təqdim ediblər.

Qeyd edək ki, Aydın Qurbanov İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın yeganə övladıdır.

Arzu xanım iş adamı Səməd Qurbanovla 2011-ci il sentyabrın 3-də ailə həyatı qurub. Səməd Qurbanovun atası Aydın Qurbanov 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. O, həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. S.Qurbanovun anası İrina Pomelova Rusiyada tanınmış biznesledidir. O, mərhum həyat yoldaşının biznesini idarə edir.

Hazırladı: KÖNÜL AYPARA