Ankarada avtobus partladılıb
Ankarada Çankaya Kaymakamlığının önündəki mikroavtobusda bomba partlayıb. İlkin məlumatlara görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Ankara polisi şübhəli bir qadını saxlayıb. Şübhəli qadının şüar səsləndirdiyi deyilir. Polis ikinci bomba ehtimalına qarşı təhlükəsizlik tədbirləri görür.
Partlayış nəticəsində yaxınlıqda park edilmiş 6 avtomobil də yanıb. Yaxınlıqdakı binalar da zərər görüb. Yaralılar xəstəxanaya aparılıb.
Çankaya bələdiyyə başçısı bildirib ki, hadisə məktəbin qarşısında baş verib. İlkin məlumata görə, ölən yoxdur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər