"Gülüş" simvolunun 20 yaşı tamam oldu
1982-ci il sentyabrın 19-da Karneqi-Mellon Universitetinin professoru Skott Falman ilk smaylı icad edib. O, ard-arda gələn 3 simvoldan istifadə təklifini irəli sürüb - iki nöqtə, defis və mötərizə. Bu, gülümsəyən sima demək idi. Professorun bu ideyası elektron leksikona ciddi əlavə idi. O vaxtdan keçən dövrdə smaylların sayı durmadan artmağa başladı. Bu 29 ildə smayl elektron söhbətin əvəzolunmaz atributuna çevrilib. İndi sentyabrın 19-u dünyada smaylın "ad günü" kimi qeyd edilir.
Arzu edirik ki, gülüş ömrünüzdən əskik olmasın.
Günel Həbib
O.M.
Digər xəbərlər