Dənizkənarı Milli Parkda intihara cəhd olub
Bakı şəhəri, Səbail rayonu ərazisində intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinə Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Həmin şəxs hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 20:00-da başa çatıb.
İntihar heç bir problemi həll etmir. Əksinə problemləri daha da artırır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər