Misrataya raket hücumunda ölənlərin sayı 23 olub
Liviya müxalifəti hökumət güclərinin Misrataya raket hücumlarında ölənlərin sayının artaraq 23 olduğunu bildirib. Müxaliflərin nümayəndəsi Camal Səlim Misrata limanına silahlı hücum zamanı ölənlərdən 3-nün misirli olduğunu açıqlayıb. Nümayəndə ölənlərin çoxunun qadın və uşaq olmaqla yerli xalq olduğunu qeyd edib. Səlim Rusiya istehsalı olan raketlə hücum zamanı 80 nəfərin yaralandığını sözlərinə əlavə edib.
Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər