Vaşinqton meri həbs edilib
Amerika Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun meri Vinsent Qrey həbs edilib. Şəhər meri ilə birgə Kolumbiya dairəsinin bələdiyyə şurasının sədri Kvame Braun da daxil olmaqla, qurumun 5 üzvü həbs edilib. Yüksək vəzifəli şəxslərin həbsinə səbəb onların 200 nəfər məmur və ictimai fəalın birgə keçirdiyi etiraz aksiyasında iştirak etmələri olub. Vaşinqton meriyası daxil olmaqla 200 nəfər Amerika Senatına yaxın küçələrdən birini bağlayıblar. Nümayişçilər ABŞ Konqresinin aşağı palatasının Barak Obama hakimiyyəti ilə razılığa gedərək, 2012-ci ilin büdcə layihəsinin qəbul edilməsinə etiraz ediblər. Senat isə bu layihəni aprelin 14-də nəzərdən keçirəcək.
Meri tutmaq olar. Amma əsas məsələ odur ki, etirazın səbəbinə ömürlük həbs cəzası verilsin, səbəbkarına yox. Onda hər şey qaydasında olar.
Hafiz Əhmədov
O.M.