Ölkədə yağmursuz hava proqnozlaşdırılır
Bakı və Abşeron yarımadasında sentyabrın 17-də Havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Sentyabrın 18-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 16-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 17-də gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.
Sentyabrın 18-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Havanın necə olmasından asılı olmayaraq, çalışın sağlam qalın.
Tofiq Əliyev
O.M.