Azərbaycan və Monteneqro prezidentlərinin təkbətək görüşü olub
Sentyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. F. Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər