24 yaşlı oğlan özünü yeddinci mərtəbədən atdı
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə dünən gecə qeydə alınıb. Doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Əliyev Kamil Ömər oğlu özünü yaşadığı evin eyvanından yerə atıb. Nəticədə o, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da onun ruhi xəstə olduğu bildirilir. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Yaşamaq-yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər