Yeni lazer silahları sınaqdan keçirilib

Yeni lazer silahları sınaqdan keçirilib

14 Aprel 2011 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ donanmasının hərbi gəmiləri yeni lazer silahı ilə təchiz olunub. Bu silahın təcrübə hədəfi isə Somali dəniz quldurlarının gəmisi olub.

Sakit okean sularında keçən həftə ABŞ tərəfindən aparılan sınaqlarda mütəxəssislər yüksək enerjili silahdan dalğa göndərərək başqa bir gəminin mühərrikini sıradan çıxarmışdılar.

Dəniz donanması araşdırma dairəsinin açıqlamalarına görə, silahdan çıxan lazer işığı minlərlə kilometr məsafədəki obyekti məhv etmək gücünə malikdir.

Bu silahdan Somali dəniz quldurlarının ticarət gəmilərinə hücum etməsinin qarşısını almaq üçün istifadə olunacaq.

Professor Mişel Deitçmən, "bu silah bir insanı, hətta bir obyekti belə məhv etmək gücünə sahibdir. Lakin tezliyi azaldaraq çox güclü işıqla hücumçunun da qarşısını almaq olar", - deyib.

Bir zamanlar lazer şüaları insanın müalicəsində istifadə olunurdu. İndi isə məhv edilməsində. Deyəsən, çərxi-fələk tərsinə dövran etməyə başlayıb...

Elvin Babayev

O.M.