"Parlament" prospektində biznesmen özünü güllələyib

"Parlament" prospektində biznesmen özünü güllələyib

15 Noyabr 2016 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində - lift şaxtasının otağında güllələnmiş kişi meyiti aşkarlanıb. İlkin araşdırmadan sonra ölən şəxsin həmin ünvanda yaşayan 1958-ci il təvəllüdlü Hüseynov Ziyafət Paşa oğlu olduğu müəyyən edilib. Onun ov tüfəngi ilə özünü güllələyərək intihar etdiyi bildirilir.

Əldə etdiyimiz məlumata görə, Z.Hüseynovun Almaniya və Bakıda biznes qurubmuş. İntihardan əvvəl isə ailə üzvlərinə məktub yazıb qoyub.

Qonşulardan öyrəndik ki, Ziyafət Hüseynov məhəllədə ağsaqqal, sanballı adam kimi tanınıb. Hec vaxt ailədə söz-söhbət, dava-dalaş səsləri eşidilməyib. Atasının adını daşıyan oğlu Paşa ilə bərabər yaşayıb. Hamı ilə mehriban ünsiyyət qurub.

Faktla bağlı araşdırmalar davam edir.

Hazırladı: Könül Aypara