Ordumuzun əsgəri çayda boğulub
Ordumuzun əsgəri çayda batıb. APA-nın məlumatına görə, Müdafiə nazirliyinin Tərtərdə yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Fərəcov Firdovsi Çingiz oğlu Tərtər çayında boğularaq ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, artıq əsgərin meyiti çaydan tapılaraq çıxarılıb.
Ehtiyat igidin yaraşığıdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər