Bərdədə ailənin 14-cü uşağı oldu

Bərdədə ailənin 14-cü uşağı oldu

31 Oktyabr 2016 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb.
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar".
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir (Apa).

Bərdədə ailənin 14-cü uşağı oldu
Bərdədə ailənin 14-cü uşağı oldu

Mediainfo.az