Gələn həftənin çərşənbə gününə qədər yağış yağmayacaq
Həftə sonu havanın yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, bu həftənin son günlərindən növbəti həftənin bazar ertəsinə qədər Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, lakin yağmursuz keçəcək. Çərşənbə axşamı günü gün çıxacaq. Həftənin 3-cü və 4-cü günlərindən etibarən şiddətli yağışlar başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin digər məlumatına görə, bu gün səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 28-də səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Mediainfo.az





























































































