Yol qəzasında 6 nəfər xəsarət alıb

Yol qəzasında 6 nəfər xəsarət alıb

26 Oktyabr 2016 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN saytının verdiyi xəbərə görə, oktyabrın 25-də saat 23:00 radələrində Pirallahı qəsəbəsində Bakı şəhər sakinləri Ziyad Məmmədovun idarə etdiyi "VAZ-2107" və Nurlan İbrahimovun idarə etdiyi "Lada" markalı avtomobillər toqquşub.

Nəticədə Z. Məmmədov və 2 sərnişini, habelə N. İbrahimov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Mediainfo.az