23 yaşlı oğlan paltar asarkən ağır xəsarət alıb

23 yaşlı oğlan paltar asarkən ağır xəsarət alıb

25 Oktyabr 2016 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Hadisə Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən binada 1993-cü il təvəllüdlü Şahsuvarov Taleh Xaliq oğlu paltar asmaq istəyərkən xəsarət alıb. Belə ki, T.Şahsuvarov aşağıya doğru əyilərkən zivənin dəmir hissəsinin üzərinə düşüb. Nəticədə dəmir parçası onun bədəninə batıb.

Ağır xəsarət alan T.Şahsuvarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Bədbəxt hadisənin dəqiq səbəbləri araşdırılır.

Mediainfo.az