
Türkiyədə terror hadisəsində 5 nəfər öldü
Türkiyənin Hakkari vilayətində PKK terrorçularının törətdiyi hücum nəticəsində 1 hərbçi, 1 polis və 3 mülki vətəndaş ölüb, 7 nəfəri hərbçi olmaqla 10 nəfər isə yaralanıb. Hadisə vilayətin Şemdinli rayonunda, yerli vaxtla saat 22.10-da (Bakı vaxtıyla 00.10) polis şöbəsinə və jandarm hərbi hissəsinə eyni vaxtda həyata keçirilən hücum nəticəsində baş verib. Hücum səbəbi ilə meydana gələn atışma isə 2 saatdan çox davam edib.
Atışmadan sonra hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə "Cobra" helikopterlərinin dəstəyi ilə quru əməliyyatı başlayıb.
Terrorçular öldürülsə də, terror ölmür.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər