Xudatda şərab sexi partlayıb

Xudatda şərab sexi partlayıb

21 Oktyabr 2016 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Xudat şəhərində partlayış qeydə alınıb. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün "Azərşərab" MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən "Xudat" MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.

Mediainfo.az